Rusiyanın Ukrayna şəhəri olan Sumıya raket hücumu nəticəsində mülki infrastruktura ziyan dəyib.
KONKRET.az xəbər verir ki, bu barədə Regional Hərbi Administrasiyanın mətbuat xidməti Telegram-da məlumat yayıb.
Məktəbin, mərkəzi şəhər xəstəxanasının, rayon təcili tibbi yardım mərkəzinin, eləcə də su təsərrüfatının binalarına ziyan dəyib.
Bir mülki vətəndaş yaralanıb. Hazırda fövqəladə hallar xidməti fəsadları aradan qaldırmağa davam edir.
Burhan,
KONKRET.az