Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ENDİRDİbackend

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ENDİRDİ

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 20 faizdən 17 faizə endirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bankdan verilən açıqlamada bildirilib.

Açıqlamada qeyd olunur ki, xarici şərtlər Rusiya iqtisadiyyatının böyüməsinə əngəl törədir:

“Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 300 baza bəndi azaldaraq 17 faizə endirməyə qərar verib. Bugünkü qərar iqtisadiyyatda riskləri yenidən balanslaşdıracaq. Güman edirik ki, yaxın günlərdə faiz dərəcəsinin yenidən aşağı salınması ehtimalı var”.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı Qərb ölkələrinin sanksiyaları səbəbindən fevralın 28-də uçot dərəcəsini 9,5 faizdən 20 faizə qaldırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*