Rusiya Mərkəzi Bankı yaxın yarım il üçün hesablardan valyutanın çıxarılması üçün yeni qayda tətbiq edib.
KONKRET.az bu barədə Rusiya Mərkəzi Bankının rəsmi saytına istinadən xəbər verir.
Belə ki, martın 9-dan etibarən Rusiya bankının müştərisi hesabından 10 mindən çox pul çıxara bilməz. Ondan aşağı məbləğ isə yalnız dollarla çıxarıla bilər. Bundan başqa, banklara vətəndaşlara nağd valyuta satmaq qadağan edilib.
Bu müvəqqəti qaydanın qüvvədə olduğu dövrdə digər valyutaların ABŞ dollarına konvertasiyası həmin günün bazar məzənnəsi ilə həyata keçiriləcək.