Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2024-cü ildə viza miqrantları üçün 155 min kvota təyin edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi informasiya portalında dərc olunan əmrində deyilir.
Daha sonra bildirilir ki, ehtiyat kvota 51,9 min nəfər nəzərdə tutulub. Bu kvota Rusiyaya viza ölkələrindən gələn işçilərə aiddir və bütün əmək miqrantlarının təxminən 4%-ni təşkil edir. Nəzərdə tutulan kvotadan, əsasən, Çin, Türkiyə, Vyetnam, Hindistan, Serbiyadan işçi cəlb edən işəgötürənlər ölkə daxilində mütəxəssis tapmaq mümkün olmadığı hallarda istifadə edə bilərlər.
Vəli Həsənov,
KONKRET.az