Rusiya Moldovada dövlət çevrilişinə cəhd etdibackend

Rusiya Moldovada dövlət çevrilişinə cəhd etdi

“Rusiya bu ilin yazında Moldova hökumətini devirməyə və hakimiyyətə rusiyayönümlü qüvvələri gətirməyə cəhd etdi”. 

KONKRET.az xəbər verir ki, bu sözləri Moldova Prezidenti Maya Sandu “Moldova-1”in efirində çıxışı zamanı deyib.

“Bu ilin yazında Rusiyanın hökuməti devirmək planları var idi, lakin onlar uğursuzluğa düçar oldular. Çünki biz kifayət qədər məlumata sahib idik və orqanlarımızın sayıqlığı nəticəsində bu baş vermədi. Əminik ki, onlar yenə cəhd edəcəklər, lakin məndə bununla bağlı konkret məlumat yoxdur”, – deyə Maya Sandu qeyd edib.

Onun sözlərinə görə, Rusiya yenə bu qəbildən cəhdlər edəcək, çünki Kremlin planları Moldova hökumətini rusiyayönümlü hakimiyyətlə əvəzləmək və ölkədən Ukraynaya qarşı müharibədə istifadə etməkdir.//Gazeta.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*