“Rusiya mövcud problemlərə Ermənistandan daha adekvat reaksiya verir”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma “parlamentin deputatı” David Qalstyan erməni mediasına müsahibəsində bildirib.
“Qarabağda vəziyyət hər gün pisləşir, hər gün yeni problemlər yaranır, insanlar əsəbidir. Müəyyən qruplar mövcud vəziyyətdən siyasi dividendlər çıxarmağa çalışırlar.
Laçın dəhlizinin açılması ilə bağlı Qarabağ tərəfi ilə birbaşa danışıqlar aparılmır.
Rusiya tərəfi deyir ki, danışıqlar gedir. Buna paralel olaraq Ermənistanın lideri Nikol Paşinyanın azərbaycanlılara Naxçıvana yol verməyə hazır olduğumuzu necə dediyini görürük. Ermənistan 9 noyabr sənədinə uyğun tələb kimi addım atmır.
Bakının son məqsədi Qarabağın Azərbaycana birləşdirilməsidir, Ermənistan hakimiyyəti buna etiraz etmir. Bizim həm Ermənistandan, həm də Rusiyadan gözləntilərimiz var. Ümumiyyətlə, Rusiya Federasiyası mövcud problemlərə Ermənistandan daha adekvat reaksiya verir”, – deyə Qalstyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az