Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı sındırılıb.
KONKRET.az xəbər verir ki, Anonymous-un hakerləri Rusiya Müdafiə Nazirliyinin internet saytına hücum ediblər.
Hakerlər saytı sındıraraq, telefon nömrələrini, e-poçt ünvanlarını və nazirlik əməkdaşlarının adlarını özündə əks etdirən məlumat bazasını ictimailəşdiriblər.
Xatlırladaq ki, Beynəlxalq anonim haker qrupu Anonymous Rusiya Federasiyası hökumətinə qarşı hücumlar təşkil etdiyini bəyan edib.
Xuraman Etibarlı,
KONKRET.az