Rusiya neft və təbii qaz statistikasının dərcini qadağan etdibackend

Rusiya neft və təbii qaz statistikasının dərcini qadağan etdi

Rusiya hökuməti ölkədə neft və qaz hasilatı statistikasının dərcini 2024-cü il aprelin 1-dək dayandırıb.

KONKRET.az xəbər verir ki, Rusiya hökumətinin neft və qaz hasilatı statistikası ilə bağlı qərarı ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Müvafiq olaraq, Rusiyanın neft və təbii qaz hasilatı ilə bağlı statistika 2024-cü il aprelin 1-dək açıqlanmayacaq.

Rusiya prezidenti Vladimir Putinin fevral ayında imzaladığı qanun Rusiya hökumətinə istənilən rəsmi statistikanı gizlətmək səlahiyyəti verib.

Rusiya Federal Statistika İnstitutu (Rosstat) 2022-ci ilin aprelində ölkənin xarici ticarət məlumatlarının dərcini dayandırmaq qərarına gəlib.

  • Vuqar
    Aprel 29, 2023 - 00:52

    Artiq tamamile iran qaydasina kecdiler bunlar bidene aftafa birde emmameleri catmir!😂😁😂😁😂😁😂😁😂😁😂
    Kul basuva putin!👍

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*