“Rusiyada azərbaycanlılara qarşı aparılan bu represiya ölkədə şovinizmin, diskriminasiyanın və milli ayrıseçkiliyin nə qədər dərinə işləmiş olduğunu göstərir.”
KONKRET.az xəbər verir ki, bu fikirləri açıqlamasında tanınmış jurnalist, Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyev bildirib.
“Miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı belə münasibət qəbuledilməzdir. Dövlətin istintaq komitəsinin rəhbərinin verdiyi açıqlama bu siyasətin planlı və dayaz olduğu qədər də məqsədli xarakter daşıdığının təzahürüdür. Bu eyni zamanda dövlət səviyyəsində etirafdır..Rusiya artıq başa düşür ki, onun “Qarabağ” kartı iflasa uğrayıb və bitib. Belə olan halda müxtəlif vaxtlarda Azərbaycana və soydaşlarımıza qarşı terror münasibəti onun qeyri-səmimi, şovinizm, işğalçı dövlət olduğunu göstərir. Gərək Kreml unutmasın ki, 41-45 müharibəsində qələbəni məhz azərbaycan oğullarının sayəsində qazanıb. Beləliklə, ölkədə kişi tapılmadığı bu vaxtda Rusiya azərbaycanlı olan əsl kişilərdən bərk yapışmalı, onların qayğısına qalmalıdır.”