Rusiya Xarici İşlər Nazirliyi Litvanın Moskvadakı səfirliyində çalışan diplomatı “persona non qrata”, yəni “arzuolunmaz şəxs” elan edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Litvanın dekabrın 1-də Rusiya diplomatını “arzuolunmayan şəxs” siyahısına əlavə etməsidir.
Həmin qərara uyğun olaraq Litvanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Yurqita Cibulskienen nazirliyə çağırılıb.
Bəyanatda səfirə etiraz notası verilib. Buna cavab olaraq Litva səfirliyindəki diplomatlardan biri “qara siyahı”ya daxil edilib.
Həmin diplomat 5 gün ərzində Rusiya Federasiyasını tərk etməlidir.
Qeyd edək ki, diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi istənilən ölkənin hökuməti istənilən diplomatı arzu olunmayan təmsilçi kimi qəbul edə bilər. Bu isə dövlətlərarası münasibətlərdə ciddi böhranla nəticələnə bilər.