Rusiya ordusu Kiyev SES-ə zərbə endirdibackend

Rusiya ordusu Kiyev SES-ə zərbə endirdi

Avqustun 26-da səhər saatlarında Rusiya hərbçilərinin Ukrayna ərazisinə endirdiyi dron və raket zərbələrindən sonra Kiyev su elektrik stansiyasına ziyan dəyib.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, Su Elektrik Stansiyasının turbin zalı və bəndin yolu zədələnib.

Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Ruslan Kravçenko regionda iki enerji obyektinin də zədələndiyini bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri, leytenant Andrey Kovalenko isə Kiyev SES-in bəndinin yarılması təhlükəsinin olmadığını bildirib.

“Onu raketlərlə məhv etmək mümkün deyil” deyə, qeyd edib.

Kiyev su elektrik stansiyası Dneprdə, Kiyevdən bir neçə kilometr yuxarıda yerləşir. 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində Dnepr kaskadının digər obyektlərində olduğu kimi bu stansiyada da genişmiqyaslı yenidənqurma işləri aparılıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*