Rusiya Silahlı Qüvvələri Ukraynanın Kramatorsk şəhərinə növbəti raket zərbəsi endirib. Hücum nəticəsində yaşayış binası hədəf alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində dağıntılar və yaralananlar var, hadisə yerində təcili yardım və xilasedicilər işləyir.
Qeyd edək ki, daha əvvəl Ukrayna hakimiyyəti şəhər əhalisini davamlı bombardmanlar səbəbindən Kramatorsku tərk etməyə çağırmışdı.
Müşviq Tofiqoğlu
KONKRET.az