Rusiya partiyasının lideri Azərbaycan diasporunu araşdırmağa çağırdıbackend

Rusiya partiyasının lideri Azərbaycan diasporunu araşdırmağa çağırdı

“Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının lideri Sergey Mironov baş prokuror İqor Krasnova müraciət edərək Azərbaycan diasporları və onlara bağlı strukturların araşdırılmasını tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

“Rusiya Federasiyasının bütün subyektlərində Azərbaycan diasporlarının və onlara bağlı strukturların fəaliyyəti ilə bağlı hərtərəfli araşdırma aparmağınızı xahiş edirəm”, – partiya lideri yazıb.

O, “Sadovod” və “Food City” ticarət mərkəzlərinin fəaliyyətinin qanunvericiliyə uyğunluğunun yoxlanmasının zəruriliyini xüsusi qeyd edib.

Mironov da digər antiaazərbaycan mövqeyində olan deputatlar kimi hesab edir ki, ikili vətəndaşlığı olan şəxslərin daxil olduğu cinayətkar qruplaşmalar xüsusi narahatlıq doğurur.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*