Rusiya paytaxtına Varşava şossesi ilə girişdə polis patrulları keşik çəkir.
KONKRET.az xəbər verir ki, “Telegram” kanallarında buna dair çoxsaylı videolar yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, polisdən başqa, şossedə qumla dolu “KamAZ”lar dayanıb.
Moskva meri Sergey Sobyanin təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və yollarda əlavə nəzarətin tətbiq edildiyini açıqlayıb.