Rusiya qadağan edilmiş minalardan istifadə edib – “Human Rights Watch”backend

Rusiya qadağan edilmiş minalardan istifadə edib - “Human Rights Watch”

“Rusiya Ukraynanın Xarkov regionunun şərqində piyada əleyhinə qadağan edilmiş “POM-3” (Medallion) minalarından istifadə edib”.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bu barədə “Human Rights Watch” məlumat yayıb. Bildirilib ki, minalar martın 28-də Ukraynanın partlayıcı sursatların zərərsizləşdirilməsi qrupu tərəfindən aşkarlanıb.

“Rusiyanın 16 metr radiusda insanları fərq qoymadan öldürə və ya yaralaya bilən yeni yerləşdirilmiş bu minalara malik olduğu məlumdur”, – deyə HRW-nin məlumatında qeyd olunub.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri bu minalara, eləcə də onların daşınması sistemlərinə malik deyil.

Əlavə olunub istifadə edilən model Rusiyanın yeni inkişaf etdirdiyi “POM-3” minalarının yeni versiyasıdır. Seysmik sensorlarla təchiz edilən bu minalar insanların yaxınlaşmasını müəyyənləşdirərək havada partlayır. Nəticədə minadan ayrılan qəlpələr 16 metr radiusda ölümcül təsir yarada bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*