Rusiya Qarabağa qayıdır? – Xankəndidə konsulluğun açılacağı iddialarına REAKSİYAbackend

Rusiya Qarabağa qayıdır? - Xankəndidə konsulluğun açılacağı iddialarına REAKSİYA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti may ayında Rusiyada səfərdə olan zaman Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Xankəndində konsulluq açmaq istədiklərini dilə gətirmişdi. Bir neçə gün əvvəl Vladimir Putinin Azərbaycana səfəri bu məsələni yenidən aktuallaşdırdı.

Görəsən, rusların yenidən Qarabağa – Xankəndiyə “ayaq açmaq” çabaları hansı məqsədə xidmət edir? Buna ehtiyac varmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bu fikirlərin ortaya atılmasının bir neçə məqsədinin ola biləcəyini vurğuladı:

Xəyal Bəşirov: "Bu cür şəxslərlə dövlətin idarə edilməsi həqiqətən də təhlükəlidir" » Newscenter.az

“Bu məsələ daha əvvəl də gündəmə gəlmişdi. Burada bir neçə məqsəd ola bilər. Birincisi, Rusiya-Azərbaycan münasibətlərinin hansı səviyyədə olması ilə bağlı cəmiyyətin rəyini öyrənmək istəyə bilərlər. Və ya qeyri-rəsmi məlumatlarla insanlar arasında çaşqınlıq, iki ölkə arasında isə xoşagəlməz vəziyyətin yaradılması planlana bilər. Onu da qeyd edim ki, daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Azərbaycanı Cənubi Qafqazın aparıcı ölkəsi adlandırmış və Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək istədiklərini bildirmişdi. O cümlədən, Putinin son səfəri zamanı ölkəmiz haqda fikirləri, həmçinin Fəxri Xiyabana səfəri və 20 Yanvar qurbanlarının ruhu qarşısında baş əyməsi, onu deməyə əsas verir ki, Rusiya dövlət başçısı Azərbaycanın reallıqlarını qəbul edir”.

Ekspert gələcəkdə konsulluğun açılması ehtimalını istisna etmədiyini bildirdi:

“Təbii ki, Rusiya Qarabağda, xüsusən də Xankəndidə konsulluğunun olmasını istəyər. Lakin hazırda bu məqam rəsmi şəkildə müzakirə edilməyib. Bunlar fərziyyələrdir. Ehtimal oluna bilər ki, sözügedən məsələ gələcəkdə yenidən müzakirə olunsun. Ancaq indi fikir səsləndirmək düzgün olmaz. Bu, Cənubi Qafqazda sabitliyi pozmaq istəyən qüvvələrin dəyirmanına su tökmək olardı. Hazırda Qarabağda quruculuq işləri aparılır. Əhali sıx məskunlaşacaqsa, növbəti illərdə konsulluq açıla bilər. Bir məqam xüsusi qeyd olunmalıdır. Bəzən sözügedən fəaliyyət siyasi addım kimi qiymətləndirilir. Məsələn, Ermənistan Qafanda Fransa və ya İran konsulluğunu açdı. Məgər orada fransız yaşayırdı? Hər biri siyasi gedişdir”.

X.Bəşirov digər bir məsələnin qabardılmasının vacib olduğunu düşünür:

“Hazırda biz başqa məsələ üzərində dayanmalıyıq. Rusiya, Fransa və ABŞ-dən fərqli olaraq ATƏT-in Minsk Qrupunu yenidən diriltməyə çalışmır. Onlar bütün reallıqları və təşkilatın fəaliyyətsizliyini qəbul edir. Rusiya 10 noyabr 2020-ci ildə imzalanın bəyanatın tələblərinə uyğun davranır. Gördüyümüz kimi, sülhməramlı qüvvələr Qarabağ ərazisindən vaxtından əvvəl çıxarıldı. Onlar bizim qələbəmizi qəbul edən ilk ölkələrdəndir. Çalışırlar ki, siyasətlərini Azərbaycana uyğun qursunlar”.

Məlik Məlikov,

KONKRET.az

  • Haller
    Avqust 22, 2024 - 19:44

    Her zaman deyirdiniz…Ermenistan, Rusiyanin Qafqazda forpostudur…indi kimdir bes?!…niye susursuz?…

    • Namiq
      Avqust 23, 2024 - 16:47

      Rusiya Azərbaycan vətandaşının evinə gəlib tələb edir ki, övladını rus sektoruna məktəbə oxumağa qoy?

  • Namiq
    Avqust 23, 2024 - 16:50

    Xeyr. Rusiyays heç bir halda – nəinki Xankəndində, heç Qarabağ və ətraf rayonlarda konsulluq açmağa icazə vermək olmaz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*