“Rusiya Xankəndidə niyə konsulluq xidməti açmaq istəyir? Axı Xankəndidə Rusiya vətəndaşı yoxdur, hərbçiləri də bölgəni tərk edib. Türkiyənin Şuşada konsulluq xidməti açılmadan Rusiyanın Qarabağda konsulluq xidmətinin açılması doğru deyil”.
KONKRET.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.
“Görünür, Kreml konsulluq xidməti vasitəsilə yenidən Qarabağa qayıtmaq və itirdiyi mövqeləri bərpa etmək istəyir. Bu isə Azərbaycanın maraqlarına cavab vermir”, – E.Şahinoğlu qeyd edib.