Qərb xüsusi xidmət orqanları Rusiyanın dəstəklədiyi diversiyaların sayında azalma müşahidə edildiyini bildirir.
KONKRET.az xəbər verir ki, “Bloomberg” agentliyinin yazdığına görə, bu, Kreml tərəfindən Qərbə qarşı aparılan hibrid müharibə kampaniyasının zəiflədiyinə işarə ola bilər.
Agentliyin mənbələri qeyd edir ki, diversiya fəaliyyətinin azalmasına səbəb olan əsas amillərdən biri geosiyasi hesablamadır – yəni Vladimir Putinin ABŞ-da prezidentliyinin ikinci müddətinə başlayan Donald Trampı qıcıqlandırmaq istəməməsidir.
Bundan başqa, Rusiyanın xaricdəki diplomatik nümayəndəliklərinin azalması nəticəsində Moskva bu əməliyyatlar üzərində əvvəlki kimi nəzarəti itirib və onların icrasını yerli, bəzən isə etibarsız cinayətkar qruplara həvalə edib.
Natiq Səlim,
KONKRET.az