Rusiya qırıcıları Hələb şəhərinə zərbə endirdibackend

Rusiya qırıcıları Hələb şəhərinə zərbə endirdi

 

Rusiya və Suriyanın qırıcıları Hələb və ətrafında “Həyat Təhrir əş-Şam” üsyançı qrupunun mövqelərinə hücum edib.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, Rusiya hərbçiləri Hələb və İdlib vilayətlərində döyüşçülərə zərbələr endirdiklərini təsdiqləyiblər.

Agentliyin mənbələrinin bildirdiyinə görə, Rusiya növbəti 72 saat ərzində əlavə yardım göndərməklə Dəməşqə hərbi dəstəyini gücləndirəcəyinə söz verib.

Qeyd edək ki, Rusiya 2015-ci ildən Suriyadakı vətəndaş müharibəsində Bəşər Əsəd rejimini dəstəkləyir. Rusiya və İran hərbi dəstəyi sayəsində Hələb 2016-cı ildə hökumət qüvvələrinin nəzarətinə qaytarılıb.

KONKRET.az

  • GARACHANTA
    Noyabr 30, 2024 - 22:31

    müdsəlmanların qənimi rus gavurlarının da sonu gələcəl

GARACHANTA üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*