Rusiya Qvardiyası “Vaqner”in ofisini nəzarətə götürdü – VİDEObackend

Rusiya Qvardiyası "Vaqner"in ofisini nəzarətə götürdü - VİDEO

Rusiya Qvardiyasının əməkdaşları Sankt-Peterburqda “Vaqner” Xüsusi Hərbi Şirkətinin ofisini nəzarətə götürüb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, yayılan videoda hüquq-mühafizə orqanları əməkdaşlarının “PMC Vaqner Mərkəzi”nin yaxınlığındakı ərazidə olduğu görünür.

Xatırladaq ki, iyunun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinə qarşı silahlı üsyana çağırış ittihamı ilə cinayət işi açılıb. Rusiya Baş Prokurorluğu bildirib ki, Priqojini 20 ilədək həbs cəzası gözləyir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*