Rusiya rəsmisi: “İsrail İrandan nümunə götürməlidir”backend

Rusiya rəsmisi: "İsrail İrandan nümunə götürməlidir" 

Rusiya İsraili gərginliyin daha da artmasını istəmədiyini bildirən İrandan nümunə götürməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Biz Qərbi Qüdsü Fələstin-İsrail qarşıdurmasının gərginləşməsi nəticəsində onsuz da sabitliyi pozulmuş Yaxın Şərqdə son dərəcə təhlükəli və təxribat xarakterli hərbi əməliyyatlar praktikasından əl çəkməyə çağırırıq”, – diplomat vurğulayıb.

Bundan əlavə, o qeyd edib ki, Qərbin Yaxın Şərqdə eskalasiyanın əsas səbəbləri barədə susması qəbuledilməzdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*