Rusiya rublu “komada”: rubl 40 faiz dəyərini itirdibackend

Rusiya rublu "komada": rubl 40 faiz dəyərini itirdi

Moskva birjası açılanda kurs hətta faciəli şəkilə çata bilər.

KONKRET.az xəbər verir ki, artıq bu gün səhər saatlarında Tokio birjasında rubl əvvəlcə 30%, sonra isə 40% kəskin ucuzlaşıb.

Rusiyanın valyutadəyişmə məntəqələrində bazar günü, fevralın 27-də dolların məzənnəsi 100-190 rubl təşkil edib. Rusiya Federasiyası Mərkəzi Bankının rəsmi məzənnəsi isə bir dollar üçün 83,5 rubl təşkil edir.

Maliyyəçilər istisna etmirlər ki, bazar ertəsi, fevralın 28-də hərracların açılışında rublun bir dollar üçün 300-ə çatması gözlənilir.

Qeyd edək ki, Rusiya Bankı Moskva Birjasının valyuta və pul bazarlarında ticarətə adi 07:00 əvəzinə Moskva vaxtı ilə 15:00-dan (Kiyev vaxtı ilə 14:00) tez başlamağı qərara alıb.

Xatırladaq ki, Forex-də dollar təxminən 113,5 rubla, avro isə 127 rubla satılır. Bu, tarixi maksimumdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*