Biz Azərbaycan SSR və Ermənistan SSR-in təsdiq etdiyi 1926-cı ilı xəritəsinə güvənirik.
KONKRET.az xəbər verir ki, bu sözləri Mülki Müqavilə Partiyasından olan deputat Arman Yeqoyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yalnız Rusiya Baş Qərargahında olan çoxsaylı xəritələr var:
“Hazırda sərhəddə stabillik üçün bizə Baş Qərargah tərəfindən 1974-cü ildə hazırlanmış xəritə təklif edilib.
Bundan sonra dəyişikliklər olsa da, qeydə alınmayıb. Aradan keçən vaxt ərzində dəyişiklik olub, amma bəzi yerlərdə Məsələn, Qaragöldə, Tavuşda kolxozlar səviyyəsində dəyişiklik baş verib”.
O bildirib ki, demilitasiya və demarkasiya çox şeyi dəyişə bilər.
Qeyd edək ki, N.Paşinyan da “bəzi yerlərdə kolxoz səviyyəsində” dəyişiklik olduğunu bildirmişdi. Bu, daha çox Qazaxın 80-ci illərin ortalarında verilən 3 min hektar ərazisi ilə 7 kəndin Azərbaycandan ayrı düşməsinə aiddir.
Onu da bildirək ki, Ermənistanın “güvəndiyi” 1926-cı il xəritəsi haqda heç bir məlumat yoxdur. Axar.az
ssrinin tərkibinə daxil edildiyi vaxt olan xəritələr əsas götürülməlidir…bu hər cəhətdən doğru olar dövrə görə…