ABŞ-la gərginlik yaşayan Rusiya qəzəbini Fransaya yönəldib. 2020-ci ildən Ukrayna ilə müharibə aparan ölkə Fransanın mümkün əks dəstəyinə reaksiya verib. Moskvadan Parisə açıq təhlükə gəlməkdədir.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Artyom Studnikov Rusiyanın belə bir vəziyyətdə hansı tədbirləri görəcəyini dəqiqləşdirməsə də, Moskvanın Parisə xəbərdarlıq etdiyini bildirib.
Studnikov əlavə edib ki, Fransa qüvvələrinin Ukraynaya göndərilməsi nüvə silahına malik iki ölkə arasında münaqişə riskini artıracaq.
Qeyd edək ki, daha əvvəl Fransa Müdafiə Nazirliyi Ukraynaya 2 minlik əsgər göndərməyə hazırlaşdığını demişdi.
Fransa prezidenti Emmanuel Makron da Rusiyanın həm ölkə daxilində, həm də döyüş meydanında Ukraynaya qarşı daha aqressivləşdiyini ifadə edib: “Rusiyanın məğlubiyyətinin Avropada təhlükəsizlik və sabitlik üçün zəruri olduğuna inanırıq. Biz deyirik ki, Ukraynaya qoşun göndərilməlidir. Ukraynada gedən müharibəyə göz yummaq olmaz”.
Rəsmiyyə Şərifova,
KONKRET.az