Sülhməramlılar və azərbaycanlılar arasında aparılan danışıqlar nəticə vermir” – Hraparakbackend

"Sülhməramlılar və azərbaycanlılar arasında aparılan danışıqlar nəticə vermir" - Hraparak

“Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə azərbaycanlılar arasında aparılan danışıqlar nəticə vermir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb: “Artsax”dan ümidsiz xəbərlər gəlir. Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə azərbaycanlılar arasında Həkəri çayı üzərində quraşdırılan nəzarət-buraxılış məntəqəsinin götürülməsi istiqamətində aparılan danışıqlar nəticə vermir”, – qəzet yazıb.

“Artsax”da deyirlər ki, Rusiya tərəfi özünün nəzarətində olacaq keçid məntəqəsinin əvəzinə rentgen skanerinin quraşdırılmasını təmin edə bilmir. Ruslar azərbaycanlıları prosesi kənardan onlayn rejimdə izləməyə razı sala bilmirlər. Hərçənd indiki vəziyyətdə bu, yeganə məqbul kompromis olardı. Ruslarla danışıqlarda azərbaycanlılar müəyyən güzəştə gedə, görüşə razılaşa və onların keçid məntəqəsində bəzi  funksiyaları yerinə yetirməyinə icazə verə bilərlər. Yeri gəlmişkən, artıq azərbaycanlı ekofəallar öz aksiyalarını dayandırıblar. Onların məqsədi post yaratmaq və “Artsax”ın Ermənistanla əlaqəsini kəsmək idi”, – deyə Hraparak nəşri öz erməni xislətini məqalədə də nümayiş etdirib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*