Rusiya üçün bəd xəbərbackend

Rusiya üçün bəd xəbər

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ senatorları ilə söhbəti zamanı xəbərdarlıq edib ki, Konqres Ağ Evin Ukraynaya 60 milyard dollar yardım tələbini təsdiqləməsə, Kiyev partizan müharibəsinə keçə bilər.

KONKRET.az xəbər verir ki, Prezident Zelenskinin bu ehtimalı Ukraynaya yardımın ayrılması məsələsinin dördüncü aydır Konqresdə ləngiməsi ilə izah olunur.

Xatırlatma üçün qeyd edək ki, bu, Rusiyanın elan etdiyi kimi Ukraynada keçirilən “Xüsusi Hərbi Əməliyyat”ın gedişatında ən qorxulu ssenari ola bilər. İkinci Dünya Müharibəsində ölkəsinin müstəqilliyi uğrunda vuruşan Ukrayna partizanlarının SSRİ-yə qarşı 1941-ci ildən başladığı partizan müharibəsinin 1956-cı ilə qədər davam etməsi bu ehtimalı təsdiq edir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*