Rusiya üçün Cənubi Qafqaz son ümid yeridir – Proseslərə SÖZARDIbackend

Rusiya üçün Cənubi Qafqaz son ümid yeridir - Proseslərə SÖZARDI

Ərazi bütövlüyümüzü və təhlükəsizliyimizi təmin etmək bir dövlət kimi bizim birinci borcumuzdur və bu savaşda yerdən-göyə qədər haqlıyıq. Azərbaycanı qartala bənzədirlər xəritə üzərində. Amma tarix boyunca hər tərəfi qırılıb kəsildikdən sonra qartala bənzəməyə məcbur qalıb Vətənimiz. Hər tərəfimizdən öz tarixi torpaqlarımızla qonşuyuq.

Dünən BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında dinləmələrə baxıram. İnsafən, xarici işlər naziri Ceyhun Bayramov bəziləri kimi ermənilərin peçenye yeməyindən deyil, ağır hücum silahları ilə silahlanmasından  danışaraq, bu son antiterror tədbirlərində haqlı olduğumuzu sübut etməyə çalışdı. Təbii ki, bu silahlanma Rusiya tərəfindən həyata keçirilir və biz erməni ilə deyil, Rusiya ilə savaşdığımızı bilirik. Ermənilər sadəcə maşadır. Ukraynada ağır itkilərə məruz qalan Rusiya üçün özünü möhkəmləndirməkdən ötrü Cənubi Qafqaz son ümid yeridir. Bunun üçün də tarix boyu başqalarının aləti olmuş ermənilərdən istifadə edir.

Haqlı olsaq da, dünyanın “mötəbər təşkilatları” “yazıq və bədbəxt” erməni xalqının halına acımağı seçir. Məsələ türklər və ya müsəlmanlar olunca, bütün qanunlar susur. 30 ildən çoxdur torpaqlarımız işğal altında olub, Qərbi Azərbaycanda bir nəfər olsun insanımız qalmayıb, etnik təmizlənməyə məruz qaldıq, Qarabağda insanlarımız didərgin düşdü, ermənilərdən fərqli olaraq, nəinki unitaz, heç ayaqqabılarını geyinməyə macal tapmadılar. Diri-diri yandırıldılar, işgəncələrə məruz qaldılar. Şəhərlərimiz yerlə-yeksan oldu, viran qaldı. Dünya susdu. BMT 4 qətnamə qəbul etdi, hamısı kağız üzərində…

Amma biz torpaqları azad etməyə başlayanda hər tərəfdən qınağa məruz qaldıq. Yanımızda sadəcə qardaş ölkəmiz olan Türkiyə oldu tam dəstəyi ilə.

Onu da deyim ki, son 150 ildə bu hadisə dəfələrlə təkrarlanıb. Bu, son olmalıdır. Mən şəxsən öz torpaqlarımızda bir dənə olsun erməni dığasının qalmasını istəmirəm. Ya qalacaqlarsa, başları üzərində jandarma kimi durmaq lazımdır. Çünki bu tayfaya güvən yoxdur. Əllərinə düşən ilk fürsətdə arxadan bıçaq sapladıqlarını gördük. Öz məqsədi üçün qadınlarını ən son peşə sahibləri kimi istifadə edəcək qədər alçaq və rəzil tayfadır bunlar.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında dövlətimin yanındayam. Dövlət xalqındır. Nə iqtidar, nə də müxalifətindir. Və buna ən çox bizim haqqımız var. Çünki ən ağrısını, ən acısını biz şəhid ailəsi yaşamışıq. İndiyədək başqa ölkəyə daşınmaq barədə düşünsək də, bundan sonra heç bir yerə gedəsi deyilik. Çünki şəhid qanı ilə sulanan bu torpaqlar bizim qibləgahımızdır. Külümüzdən doğulan millətik, genimiz təmizdir. Türkü, talışı, ləzgisi, avarı, kürdü, ümumiyyətlə, buranı özünə vətən bilən bütün insanımızla Azərbaycanıq!

Bu, ümumi fikrim… O ki qaldı ədalətsizliyə, talançılığa, məmur özbaşınalığına, dövlətə xəyanət edən xarici xidmət orqanlarının ölkəmizdə yerləşdirdiyi casus təşkilatına, beşinci kolona, kimin kim olduğu göz önündədir. Onların zamanı və hesabı olacaq, əlbət və ən ağır şəkildə cəzasıyla. Bugünkü müharibə vəziyyəti, antiterror tədbirləri onlara zaman qazandıra bilər. Amma indilik.

Torpaqlarımızın ərazi bütövlüyünü təmin edərkən qəhrəmancasına şəhid olan oğullarımızın ruhu qarşısında baş əyirəm, qazilərimizə cansağlığı arzu edirəm.

Movzu Vətənsə, dövlətçiliyimizdirsə, gerisi təfərrüatdır!!!

Kəmalə Həşimova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*