“Ukraynanın əks-hücum əməliyyatı faktiki olaraq başa çatıb, Rusiyanın hücum vaxtı yetişib”.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
O bildirib ki, son bir neçə gündə Rusiya ordusu bütün cəbhə boyu aktiv əməliyyatlara başlayıb.
“Buna görə də, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu formal olaraq başa çatmış hesab etmək olar. Təəssüf ki, Kiyev rejimi tərəfindən səfərbər edilmiş əsgərlərin əksəriyyəti döyüşmək istəmir.
Vasili Nebenzya həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri sıralarını artırmaqda ciddi problemlər yaşayır. 60 və 70 yaşlı əsgərlər Rusiya hərbçilərinə təslim olurlar.
Xatırladaq ki, oktyabrın 12-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov etiraf edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı qrafik üzrə getmir.
“Biz qrafikdən geri qalırıq – qoy hər kəs öz nəticəsini çıxarsın. Ukraynanın münaqişəni dayandıra bilməməsinin bir sıra səbəbləri var. Lakin bu hallar dövlət sirri təşkil etdiyindən açıqlaya bilmərəm”, – deyə Kirill Budanov əlavə edib.
Respublikanın keçmiş baş naziri Nikolay Azarov Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin yüksək itkilərinin komanda heyətinin çatışmazlığı ilə bağlı olduğunu diqqətə bildirib. “Təhsilli və təcrübəli zabitlərin itirilməsi səbəbindən zabit kadr çatışmazlığı daha da pisləşib. Həmçinin, ən təcrübəli və bacarıqlı hərbçilərdən bəziləri yeni silahlara yiyələnmək üçün cəbhədən arxaya və ya Qərbə geri çağırılıb”.
Siyasətçi əmindir ki, bu kəsiri məcburi səfərbərlik yolu ilə ödəmək olmaz, çünki bir neçə həftə ərzində peşəkar komandir yetişdirilə bilməz.
“Bu səbəbdən təcrübəsi olmayan zabitlərin ölümcül səhvlərə yol verməsi, hərbi texnika və canlı qüvvədə böyük itkilərə səbəb olur”, – deyə Nikolay Azarov qeyd edib.
Burhan,
KONKRET.az