Rusiya Ukraynanın elə bir ərazisini ələ keçirdi ki… – Bu, ikincisidirbackend

Rusiya Ukraynanın elə bir ərazisini ələ keçirdi ki... - Bu, ikincisidir

Rusiya Ukraynanın Donetsk vilayətinin Şevçenko kəndində yerləşən və ölkənin ən perspektivli litium yatağı hesab olunan ərazini nəzarət altına alıb.

KONKRET.az xəbər verir ki, sözügedən yataqda yüksək minerallaşmış spodumen mövcuddur ki, bu da litiumun petalitlə müqayisədə daha asan çıxarılmasına imkan verir. Fransanın nüfuzlu “Le Figaro” nəşrinin yazdığına görə, bu, Rusiya tərəfindən Ukraynanın litium resurslarına qarşı strateji hücumun bir hissəsidir.

Ukraynalı alimlərin hesablamalarına əsasən, ölkədəki ümumi litium ehtiyatları təxminən 500 min ton təşkil edir. Bu isə o deməkdir ki, Ukrayna hazırda Avropanın ən iri yataqlarına sahib olan Portuqaliyadan daha çox litium potensialına malikdir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*