Rusiya müharibənin 1219-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 65 677 PUA-sı, 612 zenit-raket kompleksi, 24 050 tank və digər zirehli texnikası, 1 572 reaktiv yaylım atəş sistemi, 26 646 artilleriya və minaatanı, 37 320 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.