Rusiya Ukraynaya MESAJ VERDİ: Müharibə uzanacaq, Zelenski hakimiyyətdən gedəcək – ŞOK MƏQAMLARbackend

Rusiya Ukraynaya MESAJ VERDİ: Müharibə uzanacaq, Zelenski hakimiyyətdən gedəcək - ŞOK MƏQAMLAR

“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin son sərt açıqlamaları Moskvanın yaxın dövrdə həm müharibəni genişləndirmək, həm də Ukraynada siyasi dəyişiklikləri sürətləndirməyə çalışdığı barədə mesajlar verir”.

Bu fikirləri KONKRET.az-a siyasi şərhçi İlyas Hüseynov səsləndirib.

İlyas Hüseynov: “Azərbaycanın əldə etdiyi uğurlar bütün dünyada müzakirə  olunur” | KONKRET

Ekspertin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başlayandan Medvedyev özünü Kremlin ideoloji xəttinin aparıcısı kimi təqdim edir. O, Qərbin fəaliyyəti ilə yanaşı, Ukrayna rəhbərliyini də sərt tənqid edir və Qərbin Ukrayna ərazisində geniş mövcudluğunu münaqişənin uzanmasının əsas səbəblərindən biri kimi göstərir.

İlyas Hüseynovun sözlərinə görə, Medvedyev Rusiyanın yaxın vaxtlarda müharibəni daha da genişləndirməyə hazır olduğunu vurğulayır. Bununla yanaşı, Ukraynada siyasi dəyişikliklərin qaçılmaz olduğunu bildirir:

“Kremlin mövqeyinə görə, Ukrayna Prezidenti Zelenskinin hakimiyyəti artıq legitim sayılmır. Müharibəyə görə seçkilər keçirilmədiyi üçün Moskva Zelenski ilə yox, yeni prezidentlə danışıqlar aparmaqda maraqlıdır. Rusiyanın hədəfi Zelenskinin növbəti seçkilərdə məğlubiyyətini sürətləndirməkdən ibarətdir.”

Siyasi şərhçiyə görə, Ukrayna daxilində müxalif qüvvələrin aktivləşməsi, eləcə də kollektiv Qərbdə Zelenskiyə münasibətdə dəyişən siyasi ton Kremlin bu istiqamətdə ümidlərini artırır:

“Medvedevin çıxışları Ukraynada siyasi transformasiya prosesinin yaxınlaşdığı barədə Kremlin düşüncəsini əks etdirir. O, müharibənin uzanmasının əsas günahkarı kimi Zelenskini göstərir və iddia edir ki, onun ambisiyaları Ukraynanın ərazi bütövlüyünü və suverenliyini daha da riskə atır.”

Ekspert bildirir ki, Moskva mümkün qədər tez bir zamanda Ukraynada hakimiyyət dəyişikliyinə nail olmağa çalışır və Medvedyevin açıqlamaları bu strategiyanın ictimai şəkildə əsaslandırılması məqsədi daşıyır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*