Rusiya Ukraynaya sutka ərzində 10 dəfə havadan zərbə endirdibackend

Rusiya Ukraynaya sutka ərzində 10 dəfə havadan zərbə endirdi

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinin mülki infrastrukturuna son gündə 6 raket hücumu edib.

KONKRET.az xəbər verir ki, bu haqda Ukrayna Prezident Administrasiyası məlumat yayıb:

“Düşmən Ukraynaya 10 hava hücumu, çoxlu lüləli reaktiv yaylım atəşi sistemləri ilə 10-dan çox hücum həyata keçirib”.

Açıqlamada, Rusiya ordusunun Xarkov və Luqansk vilayətlərində 4 yaşayış məntəqəsini, Donetsk vilayətində 2 kəndi atəşə tutduğu bildirilib.

Son 24 saat ərzində Ukrayna Hərbi Hava Qüvvələrinin Rusiya hərbçilərinin və texnikasının cəmləşdiyi ərazilərə 5 dəfə, zenit-raket kompleksi mövqeyinə isə bir dəfə zərbə endirdiyi qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*