Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı barəsində axtarış elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə müvafiq qərar Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında peyda olub.
Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı Rusiyada axtarışa verilib, Orada deyilir ki, Zalujnı “Cinayət Məcəlləsinin maddəsi ilə” axtarışa verilib.
Ötən il dekabrın sonunda İstintaq Komitəsi (İK) Zalujnıya və digər Ukrayna hərbi rəhbərlərinə qarşı Cinayət Məcəlləsinin 356-cı maddəsi (qadağan olunmuş döyüş vasitələrindən və üsullarından istifadə) ilə cinayət işi açıb. Bunun cəzası 20 ilə qədər həbsdir.
“Zalujnıy Valeri Fyodoroviç. Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, – məlumat bazası maddəni dəqiqləşdirmədən bildirir.
Xuraman Etibarlı,
KONKRET.az