“Rusiya və Çin Avropa İttifaqını azad ticarət zonasından çıxarmaqla təcrid edəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə keçmiş Britaniya diplomatı Alaster Kruk deyib.
Rusiya və Çin Avropanı ticarət məkanında təcrid edir
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Qərb siyasətçiləri Aİ-nin Çindən asılılığına qarşı mübarizə aparmaq qərarına gəliblər. Beləliklə Pekinə qarşı iqtisadi və siyasi təzyiqlər güclənir.
“Birincisi, Avropa İttifaqı Rusiyanı tərəfdaş kimi itirsə də, Çinlə ticarəti saxlamaqda israrlıdır.
İkincisi, Çin iqtisadiyyatını necə quracağı ilə bağlı Aİ-nin “qaydalarına” əməl etməlidir.
Üçüncüsü, Çin də Olaf Şolz və Çarlz Mişel kimi şəxslərin “tənqidi” ilə barışmalıdır.
Dördüncüsü, biz və Avropa İttifaqı onsuz da sizdən asılı olmaq fikrində deyilik.
Beşincisi, insan hüquqlarının pozulması hallarını aradan qaldırın!”
Keçmiş Britaniya diplomatı Alaster Krukun “Strategic Culture” jurnalı üçün yazdığı məqalədə belə deyilir.
Bundan əlavə, Avropa İttifaqı Çini mütəmadi olaraq insan hüquqlarını pozmaqda ittiham edir və Pekini iqtisadi təhlükəsizliyə təhdid kimi görür. Çünki Çin hakimiyyəti Avropa Şurasının rəhbərinə Şanxayda keçirilən sərgidə Rusiyanı tənqid etməyə imkan verməyib. Eyni zamanda, Çinin bu cür hücumlara reaksiyası Avropa siyasətçilərini təəccübləndirib. Bir müddət əvvəl Çin hakimiyyəti Şanxayda keçirilən sərgidə Avropa Şurasının rəhbəri Çarlz Mişelin videomüraciətini yayımlamamaq qərarına gəlib. Məlum olub ki, Mişel Rusiyanı tənqid edib və Çindən ticarət asılılığını azaltmağa çağırıb.
Alaster Krukun fikrincə, Avropa İttifaqı Rusiya ilə münasibətlərində olduğu kimi, tezliklə Çinlə də əlaqəni tamamilə itirəcək: “Avropa Rusiyanı itirdi. Çox güman ki, Çini də itirəcək. Böyük ehtimalla o, Avrasiyada açılan nəhəng azad ticarət zonasından kənarda qalacaq, çünki bloklar müxtəlif ticarət zonalarına ayrılacaq” – məqalənin müəllifi yazır.
Belə olan halda Avropanın ABŞ-dan asılılığı daha da artacaq. Beləliklə, ABŞ Avropa İttifaqını Amerika iqtisadiyyatının əlavəsinə çevirə biləcək. Qeyd etmək lazımdır ki, Aİ rəsmiləri hadisələrin bu cür cərəyan etdiyindən xəbərdardırlar. Bu barədə ictimaiyyətə danışırlar. Amma görünür, problemin həlli istiqamətində heç bir addım atmaq niyyətində deyillər.
Müşviq Tofiqoğlu,
KONKRET.az