Rusiya və İran rəsmiləri Bakıya gələcəkbackend

Rusiya və İran rəsmiləri Bakıya gələcək

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə apa-ya Rusiyadakı diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, Overçukun Bakıya səfəri oktyabrın 13-14-də nəzərdə tutulub, hazırda səfərin detalları razılaşdırılır.

Mənbənin bildirdiyinə görə, Overçukun Bakıda keçiriləcək Azərbaycan, Rusiya və İran arasında üçtərəfli görüşdə iştirakı nəzərdə tutulub.

İran tərəfini isə üçtərəfli görüşdə nəqliyyat və şəhərsalma naziri Fərzane Sadiqin təmsil edəcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*