Rusiya və Türkiyə nüvə ilə bağlı razılığa gəldi: “Ciddi əsas var”backend

Rusiya və Türkiyə nüvə ilə bağlı razılığa gəldi: "Ciddi əsas var"

“Rusiya və Türkiyənin nüvə enerjisi layihələri üçün ciddi əsası var”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Nüvə enerjisi sahəsində yeni başlanğıclar üçün ciddi zəmin var. Enerjidən danışarkən, “Türk axını” və “Mavi axın” qaz kəmərlərinin istismarı və təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunduq. Bu, terror aktları ilə enerji obyektlərinin, o cümlədən boru kəmərlərinin normal fəaliyyətini pozmağa çalışan Kiyev rejiminin davamlı təxribatları kontekstində zəruridir. Biz həmçinin Akkuyu AES-in tikintisi üzrə birgə işləri ətraflı müzakirə etdik. Rusiya və Türkiyə mütəxəssisləri AES-in 1 nömrəli enerji blokunun fiziki işə salınmasını təmin etmək üçün səy göstərirlər. Bütün dörd enerji bloku eyni vaxtda dayanmadan tikilir”, – nazir vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*