Rusiya və Türkiyə XİN başçıları görüşdü – YENİLƏNİBbackend

Rusiya və Türkiyə XİN başçıları görüşdü - YENİLƏNİB

Rusiya xarici işlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında İndoneziyada danışıqlar keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında paylaşım edib.

O, Lavrov-Çavuşoğlu görüşünün İndoneziyada G20 XİN başçılarının iclası çərçivəsində baş tutduğunu qeyd edib.

***

11:20

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə İndoneziyada keçiriləcək G20 XİN başçıları toplantısı çərçivəsində görüşəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov həmçinin Çin XİN başçısı Van İ ilə də danışıqlar aparacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*