Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin ölkədəki iş yerlərinin sayı ilə bağlı yalanlarına diqqət çəkib.
KONKRET.az xəbər verir ki, bu barədə vesti.ru yazıb.
Amerikanın hazırkı prezidenti Co Bayden Donald Trampla debat zamanı deyib ki, onun dövlət başçısı kimi xidmətinin əvvəlində iş yerləri olmayıb. Bayden deyir ki, o, şəxsən istehsalat sahəsində 800,000 iş yeri açıb.
Zaxarova isə ABŞ Əmək Nazirliyinin məlumatlarına istinad edərək onun dediklərini təkzib edib: “Hazırda 800 min iş yeri sadəcə mövcud deyil”.
Xarici İşlər Nazirliyinin sözçüsü Telegram kanalında Bayden və Harrisi “saxta xəbərlərə qarşı mübarizə aparanlar” adlandırıb və paylaşımına gülüş ifadəsi əlavə edib.
Aysu İbrahimova,
KONKRET.az