Rusiya Xarkovda Ukrayna müdafiəsini yardı – 4000 ukraynalı hərbçi mühasirəyə düşə bilərbackend

Rusiya Xarkovda Ukrayna müdafiəsini yardı – 4000 ukraynalı hərbçi mühasirəyə düşə bilər

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində hücum əməliyyatlarını davam etdirir. Müxtəlif cəbhələrdə irəliləyiş əldə edən Rusiya ordusu, bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb.

KONKRET.az xəbər verir ki, analitik “Deep State” layihəsinin məlumatına görə, rus bölmələri Volçansk şəhəri yaxınlığında Ukrayna müdafiə xəttini yardıqdan sonra yeni əraziləri ələ keçiriblər.

Mənbə qeyd edir ki, bölgədə təxminən 4000 nəfərdən ibarət Ukrayna hərbçisinin “atəş kisəsi”nə düşmək riski yaranıb.

Bundan əlavə, rus qoşunlarının cəbhənin digər hissələrində də irəlilədiyi bildirilir. Xüsusilə, Mirnoye kəndindən Voskreseka istiqamətində hərəkət və Konstantinovka yaxınlığındakı Zelenıy Qay və Yablunovka yaşayış məntəqələrinin Rusiya nəzarətinə keçməsi barədə məlumat verilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*