Rusiya XİN-dən ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ilə bağlı – AÇIQLAMAbackend

Rusiya XİN-dən ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ilə bağlı - AÇIQLAMA

“ABŞ-ın S-400 zenit-raket kompleksinə görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi Vaşinqtonun hərbi-sənaye kompleksində rəqabət üstünlüyü təmin etmək cəhdidir”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu, qaydalar üzrə oynayaraq rəqabət apara bilməməyin bir təzahürüdür. ABŞ-a, hər nə qədər qanundankənar olsa belə, özü üçün bəzi rəqabət üstünlüklərini təmin etməkdən ötrü əlavə addımlara ehtiyac duyur.  Bunlara hərbi sənaye kompleksi xətti üzrə birtərəfli sanksiyalar da daxildir”, – deyə Zaxarova bildirib.

nun sözlərinə görə, ABŞ oxşar sxemdən KİV, energetika və digər sahələrdə də istifadə edir:

“Hər yerdə konsepsiya eynidir: bu cür qanunsuz hərəkətlərlə özünə, öz istehsalçılarına, öz iş adamlarına kömək etmək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*