Rusiya XİN: “Moskva ABŞ-ın erməniləri hədələməsindən narahatdır”backend

Rusiya XİN: "Moskva ABŞ-ın erməniləri hədələməsindən narahatdır"

“Rusiya tərəfi Vaşinqtonun Bakı və Stepanakert arasında dialoqda vasitəçilik xidmətlərini, o cümlədən güc tətbiqi hədələri ilə bağlı məlumatlardan narahatdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

“Biz KİV-də ABŞ-ın öz vasitəçilik xidmətlərini indi də Bakı və Xankəndi arasında dialoqda tətbiq etməyə çalışması ilə bağlı yayılan məlumatlardan narahatıq. O cümlədən güc tətbiq etməklə hədələmə yolu ilə”, – nazirlikdən bildiriblər.

Xatırladaq ki, Vaşinqtondakı diplomatik mənbə RİA Novosti-yə bildirmişdi ki, “Vaşinqton ultimatum formasında Qarabağ ermənilərinin nümayəndələrini üçüncü ölkədə Azərbaycan rəsmiləri ilə görüşməyə məcbur edir və bundan imtina etdiyi təqdirdə Azərbaycanın əks-hücuma keçməklə antiterror əməliyyatı keçirəcəyi ilə hədələyir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*