“Dünya ictimaiyyətinin diqqətini əsl təşkilatçılardan yayındırmaq üçün Qərb mediasına “Crocus City Hall” faciəsinin əsl miqyasını işıqlandırmamaq və terakt qurbanlarının sayı barədə susmaq tapşırılıb”.
KONKRET.az xəbər verir ki, bu iddia ilə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) çıxış edib.
Bu məqamı öz Telegram-kanalında “xüsusi həyasızlıq” adlandıran XİN bəyan edib ki, Qərb mediası törədilmiş terror aktı ilə bağlı mərhəmət hisslərinin, eləcə də humanizmin nümayişinə imkan vermir.
Xatırladaq ki, “Crocus City Hall”da törədilmiş terakt nəticəsində 145 nəfər həlak olub, 550 nəfərdən çox tamaşaçı yaralanıb.
Xatirə SADİQ,
KONKRET.az