Rusiya “yalandır” dedi, gizli plan ortaya çıxdı: 82 il əvvəlki hadisə təkrarlanırbackend

Rusiya “yalandır” dedi, gizli plan ortaya çıxdı: 82 il əvvəlki hadisə təkrarlanır

“Reuters” agentliyinin Ukrayna münaqişəsi ilə bağlı iddiası birmənalı qarşılanmayıb. Nəşr yazır ki, Kiyev hökuməti bu yaxınlarda ABŞ-dan Rusiya ilə müharibəyə son qoymaq üçün “siqnal” alıb. Lakin sülh planının konkret detallarının müzakirələrində iştirak etməyib.

“Politico” nəşri isə Ağ Evin yüksək vəzifəli rəsmisinə istinadən müharibənin həlli üçün çərçivə sazişinin hər iki ölkə tərəfindən növbəti həftənin əvvəlində razılaşdırıla biləyini qeyd edib. Məlumata görə, Ukrayna və Avropa ölkələri sazişin parametrlərinin hazırlanmasında iştirak etmir. Proses “gizli sülh planı” kimi təqdim olunur və detalları tam olaraq açıqlanmır. Rusiya rəsmi şəkildə sözügedən iddiaları təkzib etsə də, iki nüfuzlu nəşrin bənzər məlumatlar yayması diqqət çəkir.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, yeni dövriyyəyə buraxılmış sülh planı əvvəlkilər kimi uğursuz olacaq:

“Necə ki, Alyaska prosesi, Budapeşt görüşü nəticəsiz qaldı, bu da elə olacaq. İlin əvvəllindən dediyim kimi, ABŞ Prezidenti Donald Trampın gücü Rusiya–Ukrayna müharibəsini dayandırmağa çatmayacaq. Bu prosesdə avropalıların iştirakı olmadan nəticə əldə edə bilməz. Avropalıların arasında Almaniyanın və Fransanın davranışları çox önəmlidir. Maraqlıdır ki, ABŞ mətbuatı sülh planı ilə bağlı ardıcıl xəbərlər yaydığı halda, Fransa və Almaniya Ukraynaya silah-sursat satışını tirajlayır.

Rusiya "yalandır" dedi, gizli plan ortaya çıxdı: 82 il əvvəlki hadisə təkrarlanır

Qədir Aslan

Hesab edirəm ki, mətbuatda gedən bənzər yayılan daha çox piar əməliyyatının tərkib hissəsidir. Bu, 1943-cü ildə İkinci Dünya müharibəsindəki “qiymə əməliyyatı”nı xatırladır. Hansı ki, ABŞ və Britaniya mətbuatı müttəfiq qoşunlarının Yunanıstandan geri çəkiləcəyini yazaraq almanları aldatdılar, lakin ordunu Normandiyaya çıxardılar. İndi də vəziyyət buna bənzəyir. Biz baxmalıyıq ki, real olaraq nələr baş verir. Rusiya qoşunları uğursuzdur. Quru əməliyyatlarını yerinə yetirə bilmirlər.

Hazırda vasitəçi anlayışı yoxdur. Müharibənin gedişatında vasitəçi missiyasını yerinə yetirəcək konkret ölkənin adını çəkmək mümkün deyil. Bu isə prosesi daha da qəlizləşdirir. Ona görə də, bütün tərəflərin iştirakı ilə fərqli görüşlər keçirilməlidir. ABŞ təkbaşına müharibəyə son qoya bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*