İstanbulda keçirilən danışıqlarda Rusiya tərəfi bir daha Ukrayna ordusunun Zaporoje, Donetsk, Luqansk və Xerson vilayətlərindən tam çıxarılmasını tələb edib.
KONKRET.az xəbər verir ki, bu barədə Axios portalı iki ukraynalı rəsmiyə istinadla məlumat yayıb.
Məlumata görə, Rusiya həmçinin 10 ukraynalı uşağın iyulun 10-dək geri qaytarılmasını təklif edib. Lakin Ukrayna tərəfi bu təklifi qeyri-adekvat hesab edir, çünki bu, Rusiya tərəfindən saxlanılan minlərlə uşağın çox cüzi hissəsidir.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə danışıqlarda sərt açıqlamalarla çıxış edib:
“Yetər artıq bu dəli rəqəmlərlə çıxış etmək. Biz Rusiyada olanların hamısını geri qaytaracağıq. Heç kim oğurlanmayıb. Rusiya əsgərləri uşaqları xilas ediblər, çünki onların həyatı təhlükədə idi. Avropada uşağı olmayan mərhəmətli xala-xətrinə tamaşa qurmağa dəyməz.”
Ukrayna isə bu mövqeyi uşaqların zorla aparılması və beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.
Natiq Səlim,
KONKRET.az