Rusiyada ilk elektromobil “Moskviç” avtomobilləri satışa çıxarılıb.
KONKRET.az Rusiya KİV-nə istinadən xəbər verir ki, maşınlar artıq anbarları doldurmağa başlayıb.
“Biz indi avtosalonları istehsalçının tələblərinə uyğunlaşdırmağa, yeni identifikasiyaya və sair etməyə başlayırıq. Onlar sıraya gətirilənədək anbar artıq dolu olacaq. Yeni “Moskviç” beş rəngdə təqdim olunacaq: ağ, qara, qırmızı, boz və mavi”,-deyə rəsmi diler mərkəzindən bildirilib.
Qeyd edilib ki, avtomobilin qiyməti 3,5 milyon rubldur.
“Moskviç” 85000 manat? Tayota kampfan yaxşıdı ki? Bu rusların başı xarab olub e. Elə mağazada da qalacaq…