Rusiya yeni qitələrarası raketləri TƏQDİM EDƏCƏKbackend

Rusiya yeni qitələrarası raketləri TƏQDİM EDƏCƏK

Rusiyanın paytaxtı Moskva şəhəri ətrafında yerləşən “Patriot” parkında keçiriləcək “Armiya-2023” Beynəlxalq Hərbi-Texniki Forumunda yeni nəsil “Yars” və “Avangard” raket sistemləri ilk dəfə nümayiş etdiriləcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Strateji Raket Qüvvələrinin (RVSN) komandanı general Sergey Karakayev bildirib.

Onun sözlərinə görə, ilk dəfə “Topol” və “Yars” raket sistemləri üçün avtonom buraxılış qurğusu nümayiş etdiriləcək.

“Topol-M”

“Bu sərgi Strateji Raket Qüvvələrinin mobil qrupunun yenidən silahlanmasının simvolu olacaq”, – Karakayev deyib.

O bildirib ki, yeni mobil silahlar Rusiya ordusunun modernləşdirilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi proqramı çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, avqustun 14-dən 20-dək Moskva yaxınlığındakı Kubinka şəhərində “Ordu-2023” IX beynəlxalq hərbi-texniki sərgi keçiriləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*