Ukraynanın Xerson vilayətində Rusiya qüvvələrinin atəşə tutmasından sonra bütöv bir şəhərin elektrik enerjisi kəsilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.
Xerson vilayət administrasiyasının rəhbərliyindən bildirilib ki, Berislav şəhəri kritik infrastruktur obyektinə zərbə endirdikdən sonra işıqsız qalıb.
Hazırda ekspertlər dəymiş ziyanın həcmini müəyyənləşdirirlər. Energetiklər işığı mümkün qədər tez bərpa etmək üçün işə başlayacaqlar.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.