Rusiyada 129 kiçik şəhər yox olmaq təhlükəsi altındadır.
KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri hökumət sənədlərinə istinadla məlumat yayıb.
“Belə yaşayış məntəqələrində 3,4 milyon insan yaşayır və son on ildə orada yaşayanların sayı 314 min nəfər azalıb”, – məlumatda qeyd olunub.
Yaşayış məntəqələrinin yoxa çıxmasına həm də məşğulluğun azalması, kiçik və orta sahibkarlıq subyektlərinin sayının azalması səbəb olduğu göstərilir.
Eyni zamanda, əhalinin sayı ən çox ölkənin şimalında yerləşən kömür, metallurgiya və ağac emalı sənayesi şəhərlərində – Verxniy Tagil (Sverdlovsk vilayəti), Trubçevsk (Bryansk vilayəti), İnta (Komi), Kem və Medvejeqorsk (Kareliya), Torjokda (Tver vilayəti) azalıb.