Rusiyada Yakutiya bölgəsinin Uolba kəndində yerli heykəltəraş İvan Bopposov peyindən Yeni ilin simvolu – əjdahanı heykəlləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirib ki, əjdaha tamamilə peyindən hazırlanmayıb. Heykəl içəridən boşdur, heykəlin içərisində isə zibil qutusu var. Fiqurun hündürlüyü traktorun hündürlüyü ilə təxminən eynidir.
Gələn ilin simvolunu yaratmaq üçün İvana iki həftə və bir neçə kubmetr peyin lazım olub.
Nəşr qeyd edir ki, heykəltəraş bunun üçün materialı şəxsən toplayıb. Onun 9 inəyi var.
Burhan,
KONKRET.az