Rusiyanın Voronej şəhərində hüquq-mühafizə orqanları tərəfindən bazarda yenidən azərbaycanlılara qarşı reyd keçirilib.
KONKRET.az xəbər verir ki, hadisə yerindən olan şahidlərin sözlərinə görə, saxlanılan şəxslər bir-birinin çiynindən tutaraq “qaz yürüşü” ilə yeriməyə məcbur edilib.
Məlumatda bildirilir ki, saxlanılanlar arasında əsasən azərbaycanlılar, həmçinin tacik və özbək əsilli şəxslər də var.
Xatırladaq ki, bir müddət əvvəl Voronej vilayətinin ən iri ticarət mərkəzlərindən biri olan Alekseyev bazarının həmtəsisçisi, azərbaycanlı Yusif Xəlilovun da saxlanılması barədə xəbər yayılmışdı (mənbə).
Hadisənin səbəbləri və saxlanılan şəxslərə qarşı konkret ittihamlar barədə rəsmi məlumat verilməyib.
Natiq Səlim,
KONKRET.az